“Səbail”dən növbəti transfer - RƏSMİ
27.06.2026 - 16:48
“Səbail” heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda Bahafur Həziyevi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Razılaşmaya əsasən, 27 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Bahadur Həziyev əvvəlki illərdə də Bakı təmsilçisinin şərəfini qoruyub.
0
0