"Səbail"dən növbəti transfer - RƏSMİ
30.06.2026 - 14:36
2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda son olaraq “Mingəçevir”də çıxış etmiş Kənan Quliyevi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kənan Quliyev əvvəlki illərdə də “Səbail”in şərəfini qoruyub.
0
0