"Şəfa"nın hazırlıq planı bəlli olub
14.08.2025 - 11:43

I Liqada çıxış edən "Şəfa" yeni mövsümə hazırlıqlar çərçivəsində təlim-məşq toplanışı keçirəcək.
Apasport.az xəbər verir ki, hazırlıq Qəbələ şəhərində baş tutacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda 20–28 avqust tarixlərində bir araya gələrək həm fiziki hazırlıq üzərində çalışacaq, həm də taktiki planlamalar həyata keçirəcək.
0
0