Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 Oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə sentyabrın 27-dən noyabrın 8-dək keçirilən həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turniri başa çatıb.
Apasport.az xəbər verir ki, bununla əlaqədar noyabrın 8-də Bakı Tennis Akademiyasının stadionunda final görüşü keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Həlledici mərhələdə meydana AzTV ilə “Veteranlar” çıxıb. Televiziya təmsilçiləri daha inamlı oyun nümayiş etdirərək turnirin çempionu adını qazanıblar - 3:1.
Qeyd edək ki, ildə bir dəfə təşkil olunan turnirdə bu il 12 komanda – AzTV, “Baku TV”, “Real TV”, “İctimai TV”, AZƏRTAC, APA, “Yurd.Media”, BAKU.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” mübarizə aparıb. 8 komanda medianı təmsil edib.
- Mbappe Ronaldonun rekordunu təkrarlayıb
- Azərbaycan idmançılarının 2022-ci ildə qazandığı medalların sayı açıqlandı
- Millimizin baş məşqçisi: “Qazaxıstanla oyunları yüksək səviyyədə keçirməyə çalışacağıq”
- Hakimə qışqırdı, diskvalifikasiya edildi
- Premyer Liqada ən çox oyun keçirən 33 futbolçu açıqlanıb