Güləşsevərlərin maraqla izlədiyi "Zaqreb Open" turniri davam edir.
Apasport.az xəbər verir ki, mötəbər turnirdə sərbəst güləşçilər çıxışlarını başa vurublar.
Xorvatiya paytaxtında Azərbaycan 9 pəhləvanla təmsil olunub. İslam Bazarqanov (57 kq), Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq), Zirəddin Bayramov (65 kq), Cəbrayıl Qadjiyev (74 kq), Osman Nurmaqomedov, Arseniy Cioyev (hər ikisi 86 kq), Giorgi Meşvildişvili və Vahit Qalayevin (hər ikisi 125 kq) yer aldığı millimiz turniri 3 medalla başa vurub. Belə ki, Əliabbas, Nürəddin və Cəbrayıl bürünc medallara sahib olublar. Bu nəticə sayəsində Xorvatiyada 54 xal toplayan Azərbaycan yığması komanda hesabında yalnız ABŞ, İran və Gürcüstandan geri qalaraq 4-cü nəticə göstərib.
- Vitali Borisov: “Heç-heçə bizim üçün pis nəticədir”
- Bundesliqa klubunun kapitanı Türkiyə millisində çıxış edəcək
- “Qarabağ”ın futbolçusunun ürəyi dayandı – təcili xəstəxanaya çatdırıldı
- Futbolçuya kəllə vuran baş məşqçi istefaya göndərildi
- Qadın voleybolçular arasında Yüksək Liqada XV tur start götürür