“Sevilya” 2023/24 mövsümünə uğursuz start götürüb.
Apasport.az-ın məlumatına görə, komanda La Liqanın hər üç oyununda uduzub.
Avropa Liqasının qalibi bu dəfə doğma azarkeşlər qarşısında “Jirona”ya boyun əyib. “Ramon Sançes Pisxuan” stadionundakı oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra “Jirona” 7 xalla liderlər qrupunda yer alıb.
İlk iki turda qələbə qazanmayan iki komandanın duelində “Qranada” güclü olub. “Malyorka” üç görüşdə yalnız bir xal əldə edə bilib.
İspaniya La Liqası
3-cü tur
26 avqust
“Kadis” – “Almeriya” – 1:1
“Qranada” – “Malyorka” – 3:2
“Sevilya” – “Jirona” – 1:2
- “Neftçi” qalib gəldi, “Araz-Naxçıvan”dan darmadağın
- "Şahmat klubu" verilişi ən uzunömürlü idman proqramı kimi Ginnesin Rekordlar Kitabına düşüb
- "Şkendiya" - "Qarabağ" matçının biletləri satışa çıxarılır
- Braziliyalı futbolçuya Azərbaycandan təklif
- Qurban Qurbanov: "Oyunçu cəlb edilməsi yönündə iş gedir" – MÜSAHİBƏ