Şeydayev debüt etdi, komandası qələbə qazandı
28.01.2024 - 22:48
![Şeydayev debüt etdi, komandası qələbə qazandı](https://ww3.apasport.az/storage/news/2024/january/28/big/65b6a16c8d35e65b6a16c8d35f170646769265b6a16c8d35c65b6a16c8d35d.jpg)
Türkiyə 1-ci Liqasında 20-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" səfərdə "Altay"ın qonağı olub. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin hücumçusu Ramil Şeydayev də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard matça start heyətdə başlayıb və 72-ci dəqiqədə əvəzlənib. O, 40-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
20 turdan sonra 39 xal toplayan "Kocaelispor" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
0
0