![Şeydayev Mbappe və Keynə şərik çıxdı](https://ww3.apasport.az/storage/news/2022/december/05/big/638dc4c864265638dc4c8642661670235336638dc4c864261638dc4c864263.jpg)
Avropa ölkələrinin yüksək liqalarında ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “Top-50”də azərbaycanlı futbolçu da yer alıb.
Bu, Misli Premyer Liqasının bombardiri olan “Qarabağ”ın hücumçusu Ramil Şeydayevdir. 12 qol vuran forvard 44-cü yerə şərikdir.
Ramil kimi 12 qola imza atan oyunçular arasında Kilian Mbappe (PSJ), Harri Keyn (“Tottenhem”) və Kristoffer Nkunku (“Leypsiq”) kimi ulduzlar da var. Bu futbolçular Ramilin şərikləridir.
Qeyd edək ki, siyahıya Belarus çempionatında 26 qol vuran “Energetik”in özbəkistanlı legioneri Bobur Abdixolikov başçılıq edir.
- Qara Qarayev "Neftçi"dəki son vəziyyətinə aydınlıq gətirib - FOTO
- "Milan"ın sabiq futbolçusu İtaliya klubuna baş məşqçi təyin olundu
- Səid Mollayi "Masters"də gümüş medalla kifayətləndi
- Zidan 57 il sonra Braziliya millisinin ilk əcnəbi məşqçisi ola bilər
- Rəmiş Malıyev federasiyada vitse-prezident postundan getdi