Şeydayev "Neftçi"dən gedir: Yeni Ünvanı
18.12.2024 - 17:42

Daha əvvəl xəbər verdiyimiz kimi, “Neftçi”nin milli futbolçusu Ramil Şeydayev komandanı tərk etməyə yaxındır.
Apasport.az saytına verilən məlumata görə, Şeydayev karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.
Belə ki, Rusiya yüksək liqasında yarışan klublar Şeydayevə maraq göstərir.
Onlardan biri “Dinamo”dur. Mahaçqala təmsilçisi qış “transfer pəncərəsi”ndə Şeydayevi heyətinə qatmaq istəyir.
Qeyd edək ki, 28 yaşlı futbolçu 2024-cü il iyulunda “Neftçi”yə keçib. Onun “ağ-qaralar”la müqavilə müddəti 2027-ci il iyununa qədərdir.
- Viktor Lindelöf: “Bu oyunu necə uduza bilərdik?”
- Tərlan Quliyev: “Millinin formasını vətəninə sevgisi olanlar geyinməlidir” - MÜSAHİBƏ
- “Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq
- "Qalatasaray"dan nəhəng müqavilə: 5 il üçün 25 milyon avro
- Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
0
0