
"Araz-Naxçıvan"ın futbolçusu Slavik Alxasov apasport.az saytına müsahibə verib.
- "Araz-Naxçıvan" son matçda "Sabah"la bərabərə qaldı. Bu matç haqda fikrin necədir? Səncə, ədalətli nəticə idi, yoxsa qalib gəlməyə daha yaxın idiz?
- Son tura çox ciddi hazırlaşmışdıq. İstəyirdik ki, qələbə qazanaraq yerimizi daha da rahatlaşdıraq. Amma alınmadı, təəssüf ki, bir xal qazandıq. Elə oyun idi ki, onlar da uda bilərdi, biz də.
- Artıq "Zirə" ikinci yeri təmin etdi özünə və siz bu pilləyə çıxa bilməyəcəksiz. Bəs, 3-cü pilləni qorumaq alınacaq səncə? "Turan Tovuz" təhlükəsini yəqin ki, hiss etmirsiz? Çünki onlar uğursuz çıxış edir...
- Bizim tək istəyimiz hazırda üç oyundan maksimum nəticə qazanmaqdır. Bununla da üçüncü pilləni tutmaq istəyirik. Ümid edirik ki, hər şey yaxşı alınacaq.
- Komanda 20-ci turdan sonra yalnız 1 matçda qalib gəlib, o da "Sumqayıt"la görüşdür. Səncə, bunun səbəbi nədir? Niyə komanda qələbə qazana bilmir?
- İkinci dövrəyə stabil start verə bilmədik. Amma futbolda yüksəliş də var, eniş də. Həmişə belə olub. İndi şansımız var ki, çempionatı üçüncü pillədə başa vuraq. Biz yalnız komanda olaraq buna köklənmişik. Əlimizdən gələni də edirik.
- "Araz-Naxçıvan" növbəti turda "Qarabağ"la qarşılaşacaq. Bu görüş haqda nə düşünürsən? Səncə, qələbə qazana biləcəksiz?
- Bizim üçün səfərdə çətin oyun olacaq. Rəqibin çempion olmasına baxmayaraq, çətin səfər görüşüdür. Biz bu oyuna tam köklənəcəyik. Hazırlıqlarımız da davam edir.
- Bu sezon "Qarabağ"a qarşı oyunlar sizin üçün gərgin keçir. Ümumiyyətlə, bu iki komandanln oyunlarının gərgin keçməsi nə ilə əlaqədardır? Kubokdakı uğursuzluğun revanşını bu dəfə almaq olar "Qarabağ"dan?
- Gərgin və prinsipial deməzdim. Amma oyunlarımız maraqlı keçir. Rəqibimiz güclü komandadır. Ona görə də, həmişə onlara qarşı çox yaxşı hazırlaşmalısan. Kubok görüşümüz isə artıq arxada qalıb. Komanda okaraq bu oyunda maksimum nəticə istəyirik.
- Necə düşünürsən, bu heyətiniz avrokuboklar üçün yetərlidir? Sən dəfələrlə oynamısan avrokuboklarda. Səncə, bu heyətiniz avrokuboklarda mərhələ kçeə biləcək gücdədir?
- Heyətimiz həqiqətən yaxşıdır. Mehriban kollektivə sahibik. Avrokuboklar üçün yetərli və ya yetərsiz olduğunu, ən yaxşısını məşqçilər heyəti bilər. Onlar bilir bu məsələləri. Bu dəqiqə biz mövsümün son üç oyununa köklənmişik.
- Azərbaycanla oyun üçün Serbiyaya 27 futbolçu çağırıldı
- Nikola Kaliniç: "Biz "Fənərbaxça" deyilik, hakimlər hər zaman onların lehinə olacaqlar"
- “Qarabağ" 150-ci böyükhesablı qələbəsini qazanıb
- "Qalatasaray" - "Fənərbaxça" derbisinin hakimi bəlli olub
- "Braqa"nın baş məşqçisi: "Məyusluğu və kədəri aydın başa düşürəm"