Slovakiya - Azərbaycan oyununun keçiriləcəyi stadion açıqlanıb
30.07.2024 - 10:17
Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi daha bir matçın yeri müəyyənləşib.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli II turda Slovakiya seçməsi ilə səfər qarşılaşmasını sentyabrın 8-də Koşitse şəhərində yerləşən Koşitse Futbol Arenasında oynayacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, daha əvvəl oktyabrın 14-də təşkil olunacaq IV turdakı Azərbaycan - Slovakiya oyununun Tofiq Bəhramov adına Respublika Stadionunda gerçəkləşəcəyi açıqlanıb.
- Türkiyə klubunun baş məşqçisi istefaya göndərildi
- Hakimlər fitnes testi verib
- “İmişli” 6 futbolçu ilə yollarını ayırdı - RƏSMİ
- Niderlandın rəqibi bəlli oldu - 1/16 finalda Mərakeşlə qarşılaşacaq
- Ali Koçun tarixi bonus qərarı: ÇL-də əsas mərhələyə qalacaqları təqdirdə komandaya 3 milyon avro veriləcək
0
0