Ştuxlikin uzaqlaşdırdığı hakimə AFFA-da iş verildi
05.01.2023 - 12:54
![Ştuxlikin uzaqlaşdırdığı hakimə AFFA-da iş verildi](https://ww3.apasport.az/storage/news/2023/january/05/big/63b69070a06a563b69070a06a6167290891263b69070a06a063b69070a06a3.jpg)
Karyerasını bitirən futbol hakimi Rəhim Həsənovun yeni işi müəyyənləşib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, keçmiş referi qış fasiləsindən sonra 1-ci divizion və Premyer Liqanın matçlarına hakim-inspektor kimi təyinat alacaq.
O, AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşəklə görüşdükdən sonra işləməyə razılaşıb.
Qeyd edək ki, Həsənovu Hakimlər Komitəsinin sabiq sədri Frits Ştuxlik futboldan uzaqlaşdırmışdı. Referi isə məcburiyyət qarşısında karyerasını bitirmişdi.
0
0