“Sumqayıt” bu mövsüm 12 matçdan "sülh"lə ayrılıb
06.05.2024 - 11:34
“Sumqayıt” Azərbaycan Premyer Liqasında öz rekordunu təkrarlayıb.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri” təmsilçisi 2023/2024 mövsümündə 12 heç-heçə etməklə buna nail olub.
2015/2016 mövsümündə də sumqayıtlılar 12 "sülh"ə imza atıb.
Ölkə çempionatları tarixinin rekordu isə 14-ə bərabərdir. Buna üç dəfə təsadüf olunub. “Neftçi” 2009/2010, “Bakı” 2012/2013, “Zirə” 2020/2021 mövsümündə 14 dəfə bir xal qazanıb.
Qeyd edək ki, “Sumqayıt” XXXIII turun “Kəpəz”lə səfər görüşündə bərabərliklə kifayətlənib – 1:1.
- "Roma" və "Xəzər Lənkəran"ın sabiq üzvü: “Qarabağ” bir futbol komandasından daha artıqdır, görünür ki, orada əsl ailə qurublar"
- "Səbail" "Qarabağ"ın futbolçusunu heyətinə qatıb
- Qəzənfər Abbasov: "Qələbələrimizin davamlı olmasını arzu edirəm"
- Rizvan Səfərov: "Bu, məndə əlavə məsuliyyət yaratmışdı"
- Millimizin üzvü fərqləndi, komandası bir xal qazandı
0
0