UEFA Konfrans Liqasının II təsnifat mərhələsində baş tutacaq "Sumqayıt" - "Fehervar" matçına 4600 bilet satılıb.
Apasport.az xəbər verir ki, bu barədə "Sumqayıt"ın mətbuat xidməti məlumat yayıb.
Oyunu canlı izləmək istəyən azarkeşlər biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, iyulun 22-dən (stadiondakı texniki problemlərə görə bu tarix iyulun 20-dən 22-nə keçirilib) isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassasından əldə etmək mümkündür. Qiymətlər sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.
Qeyd edək ki, "Sumqayıt" "Fehervar"la Konfrans Liqasında ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.
- "Fənərbaxça"nın futbolçusu 2 həftə forma geyinə bilməyəcək
- De Xea yeni müqavilədən imtina etdi
- "Beşiktaş"ın hücumçusu Premyer Liqa klubunun radarında
- Mahir Emreli: "Azərbaycanlılar Almaniyada yaxşı nəticə qazanmağımı istəyirlər"
- Premyer Liqa: "Kəpəz”dən I Liqa yolunda daha bir əmin addım - YENİLƏNİB