Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu Konfrans Liqası matçlarına ev sahibliyi edəcək.
Apasport.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Belarusun “Dinamo Minsk” klubu Konfrans Liqasının ev oyunlarını Azərbaycanın Sumqayıt şəhərində keçirəcək.
Minsk klubu oktyabrın 3-də, saat 20:45-də Şotlandiyanın "Harts", noyabrın 28-də, saat 21:45-də Danimarkanın "Kopenhagen" və dekabrın 12-də, saat 21:45-də Şimali İrlandiyanın "Larn" kollektivini Sumqayıtda qəbul edəcək.
Buna səbəb UEFA-nın Belarusa tətbiq etdiyi sanksiyadır. Həmin qərara əsasən, Minsk təmsilçisi Liqa mərhələsindəki ev oyunlarını öz ölkəsində keçirə bilməz.
Qeyd edək ki, qarşılaşmalar azarkeşsiz keçiriləcək.
- Şahmatçılarımız dünya çempionatında iştirak edəcəklər
- Premyer Liqa: “Siti”dən darmadağın, “Everton”dan minimalhesablı qələbə
- "Monako" müdafiəçisini Niderland klubuna icarəyə verdi
- Yeniyetmə cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşib - FOTO
- Almaniya millisinin heyəti açıqlandı: SANE DƏVƏT ALMAYIB