Sumqayıt səfərində çempionatın liderinə soyuq duş
06.04.2024 - 02:58
![Sumqayıt səfərində çempionatın liderinə soyuq duş](https://ww3.apasport.az/storage/news/2024/april/06/big/6610821b814206610821b8142117123579156610821b8141e6610821b8141f.jpeg)
Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 16-cı turunun üçüncü oyunu baş tutub.
Apasport.az xəbər verir ki, “Sumqayıt” yerli publika önündə çempionatın lideri “Xəzri” klubunu qəbul edib.
Oyuna fəal başlayan “Sumqayıt” sonradan hesabda geriyə düşməsinə baxmayaraq, yekunda 84:77 hesablı qələbə qazanaraq sürprizə imza atıb. Lider üzərində qazanılan bu qələbə ilə sumqayıtlılar pley-off şanslarını xeyli artırıblar.
Ən məhsuldar basketbolçular “Sumqayıt”da Tay Rendal (25 xal, 9 ribaund), “Xəzri”də isə Cordan Perkins (21 xal, 7 ribaund) olub.
0
0