"Sumqayıt" Şəkidən qələbə ilə dönür
01.02.2025 - 16:16
!["Sumqayıt" Şəkidən qələbə ilə dönür](https://ww3.apasport.az/storage/news/2025/february/01/big/679e0ff266dff679e0ff266e001738412018679e0ff266dfd679e0ff266dfe.jpg)
Azərbaycan Basketbol Liqasında XIII turun daha bir oyunu keçirilib.
Apasport.az xəbər verir ki, B qrupunda baş tutan matçda "Şəki" "Sumqayıt"la üz-üzə gəlib.
Şəki Olimpiya İdman Kompleksindəki matçda qonaqlar 98:91 hesablı qələbəyə sevinib.
Turun əvvəlki oyunlarında "Naxçıvan" "Sərhədçi"ni 80:76, "Abşeron" "Sabah"ı 67:59, NTD isə "Neftçi"ni 105:100 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.
0
0