Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində keçiriləcək "Sumqayıt" - "Turan Tovuz" qarşılaşmasının biletləri artıq satışdadır.
Apasport.az xəbər verir ki, biletləri iTicket.az saytından, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, oyundan 1 gün öncə saat 14:00-19:00 arası, oyun günü isə 12:00-dan etibarən Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkündür.
Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.
iTicket.az saytından Birbank Cashback Mastercard kartları ilə alınmış biletlərə 30% keşbek tətbiq ediləcək.
Qeyd edək ki, 20 oktyabr Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” - “Turan Tovuz” matçı saat 20:00-da start götürəcək.
- “Barselona” Fransa klubunun qapıçısını transfer edə bilər
- "Qarabağ"a məğlubiyyətin ağır nəticəsi: Baş məşqçi istefa verdi
- Rəşad Sadıqov: “Məğlubiyyəti unudub, qarşıdakı oyuna hazırlaşmalıyıq“
- Osimhen "Qalatasaray"a 3 xal qazandırdı – video
- Boksçumuz Avropa Oyunlarını bürünc medalla başa vurdu - FOTOLENT