"Sumqayıt" Xorvatiya klubuna məğlub oldu
16.01.2026 - 20:42
"Sumqayıt" Xorvatiya klubuna məğlub oldu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən "Sumqayıt" üçüncü yoxlama görüşündə də uduzub.

Apasport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi bu dəfə Xorvatiyanın "Osiyek" kollektivinə məğlub olub - 0:2.

Saşa İliçin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstanın "Pakş" və Serbiyanın OFK (Berlqrad) komandaları ilə bacarmamışdı- 1:5, 1:4.