“Sumqayıt”da 17 yaşlı debütant
24.05.2025 - 15:32

Misli Premyer Liqasının XXXVI turu daha bir gənc futbolçunun debütü ilə əlamətdar olub.
Apasport.az xəbər verir ki, “Sumqayıt”in mətbuat xidməti açıqlayıb.
Komandanın futbolçusu Vüsal Paşayev mövsümün son turunda şans qazanıb.
O, “Səbail” – “Sumqayıt” qarşılaşmasında meydana çıxıb. Sumqayıt təmsilçisinin akademiyasının yetirməsi Premyer Liqada 17 yaş 171 günlüyündə debüt edib.
Qeyd edək ki, “Sumqayıt” səfərdə 4:1 hesablı qələbə qazanıb.
0
0