2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.
Apasport.az saytının klubun mətbuat xidmətində istinadən məlumatına görə, ötən mövsümü “Çukariçki”də keçirən bosniyalı hücumçu Almir Aqanspahiç “gənclik şəhəri” təmsilçisi ilə anlaşıb.
25 yaşlı forvard Premyer Liqa təmsilçisinə 1 illik icarəyə götürülüb. O, “Sumqayıt”da 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Almir Aqanspahiç karyerası ərzində Bosniya və Herseqovinanın “Sarayevo”, “Mladost” (Kakan), “Krupa”, “Çelik”, Xorvatiyanın “Osiyek”, Norveçin “Raufoss”, Serbiyanın “Novi Pazar” və “Çukariçki” klublarının uğurları üçün çalışıb. Aqanspahiç Bosniya və Herseqovinanın U-17, U-18 və U-21 millilərinə də cəlb olunub.
- "Nyukasl" "Mançester Yunayted"i məğlub edib, 3-cü sıraya qalxdı
- Kifayət Qasımova və Afaq Sultanova pilot layihədə dərslərə başladı
- Jezuşun komandası çempionluq yarışında xal itkisi ilə üzləşib
- "Arsenal"ın futbolçusu: "Tottenhem"ə 10 qol vura bilərdik, bəxtimiz gətirmədi"
- Taekvondoçularımız Zaqrebdə 21 medal qazandı