"Sumqayıt"da oynamağa razı idi: Emil "sevda"sı qışa qaldı
29.10.2025 - 13:39
Azərbaycan millisinin futbolçusu Emil Mustafayevin “Sumqayıt”a keçidi hələ ki reallaşmayıb.
Apasport.az saytına verilən məlumata görə, 24 yaşlı futbolçu “Sumqayıt”da oynamağa razı olsa da, çıxışı alınmayıb və Azərbaycana gələ bilməyib.
Mustafayev bu səbəbdən Ukraynada, “Polessye” klubunda qalası olub.
Onun Ukrayna klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Mənbənin məlumatına görə, futbolçunun klubuyla qışda yenidən təmasa keçiləcək və keçidin baş tutması üçün "Sumqayıt" tərəfindən növbəti dəfə təklif göndəriləcək.
- "Nürnberq"in baş məşqçisi: “Mahir o qədər də yaxşı oynamadı"
- Taekvondoçumuz qitə çempionatında 3-cü oldu
- Çeferindən “Qalatasaray”a böyük tərif: “Avropada baş rolda olmalıdır”
- Niderland yığmasının daha bir futbolçusu AVRO-2024-ü buraxacaq
- VIII Beynəlxalq İdman Oyunlarında 8 atletimiz mübarizə aparacaq
0
0