“Sumqayıt” daha bir əcnəbi futbolçunu transfer edib.
Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi bu dəfə yarımmüdafiə xəttini gücləndirib.
Klub portuqaliyalı pleymeyker Filipe Çabinin transferini xüsusi videoçarxla təqdim edib. O, yeni komandası ilə 2 illik müqavilə bağlayıb. “Sportinq”in B komandasından ayrılaraq “Sumqayıt”a qoşulan 28 yaşlı pleymeyker qısa açıqlamasında transferə münasibət bildirib: “Sumqayıt”la müqavilə imzaladığım üçün çox xoşbəxtəm. Komandam üçün əlimdən gələn hər şeyi edəcəyəm”.
Qeyd edək ki, Portuqaliyanın aşağı yaş qrupu üzrə yığmalarında çıxış etmiş Filipe Çabi karyerası ərzində yalnız ölkəsində çıxış edib. İlk dəfə legioner həyatı yaşayacaq hücumameyilli oyunçu “Sportinq”in yetirməsi olsa da, bir çox yerli klubda icarə əsasında çıxış edib.
- "Sabah"ın U-10 komandası Kazanda finala yüksəldi
- Branimir Subaşiç: "Azərbaycan formasıyla oyuna çıxanda bütün ürəyimlə oynayırdım” - Müsahibə
- Veşoviç "Qarabağ"ı vacib matçda yalnız buraxa bilər
- Karateçimiz "Karate-1" A Seriya turnirində bürünc medal qazanıb - FOTO
- “Qarabağ” ikinci yoxlama oyununda uduzdu