“Sumqayıt”da yeni futbolçu
02.11.2025 - 00:44
“Sumqayıt” 2025/26 mövsümü üçün daha bir futbolçunu heyətinə qatıb.
Apasport.az xəbər verir ki, komanda son olaraq Türkiyənin “Sakaryaspor” klubunda çıxış etmiş Konqo millisinin üzvü mərkəz yarımmüdafiəçisi Nsana Simon ilə 2 il uzatma şərti ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Fransanın “Lans” komandasının yetirməsi olan Nsana Simon karyerası boyunca adıçəkilən klubla yanaşı İsveçrənin “Sankt Qallen”, Sloveniyanın “Bravo” və Türkiyənin “Sakaryaspor” klublarında çıxış edib.
- Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı
- Millimizin sabiq üzvləri İngiltərədə master-klas keçəcəklər
- "Fənərbaxça" heyətini 65 milyon avroluq hücumçu ilə gücləndirəcək
- Zaur Həşimov: “Ən pis halda Konfrans Liqasına getmək olar” - MÜSAHİBƏ
- Millimiz beynəlxalq turnirdə 11 taekvondoçu ilə yarışacaq
0
0