"Sumqayıt"dan Avropada yaşayan həmvətənlilərimizə çağırış
29.07.2024 - 11:26
!["Sumqayıt"dan Avropada yaşayan həmvətənlilərimizə çağırış](https://ww3.apasport.az/storage/news/2024/july/29/big/66a743f06306166a743f063062172223793666a743f06305f66a743f063060.jpg)
"Sumqayıt" Avropada, xüsusilə də Macarıstanda yaşayan həmvətənlilərimizə çağırış edib.
Apasport.az xəbər verir ki, klub bu barədə rəsmi sosial media hesabınlarında post paylaşıb.
Bildirilib ki, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutacaq "Fehervar" - "Sumqayıt" matçını izləmək istəyən azarkeşlər link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçən azarkeşlər Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən biletlə təmin olunacaq.
0
0