“Sumqayıt”dan ən böyükhesablı qələbə
30.11.2023 - 11:28
![“Sumqayıt”dan ən böyükhesablı qələbə](https://ww3.apasport.az/storage/news/2023/november/30/big/65683ed236e7365683ed236e74170133064265683ed236e7165683ed236e72.jpg)
“Sumqayıt” tarixinin ən böyükhesablı qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, Samir Abasovun yetirmələri buna Azərbaycan kubokunun II təsnifat mərhələsində imza atıblar.
“Gənclik şəhəri” təmsilçisi “Lerik”lə səfər görüşündə 6:0 hesablı qələbə qazanıb. Bu, 2010-cü ildə yaradılan klubun tarixində 6 top fərqli ilk qələbədir.
“Sumqayıt” bunadək ən böyük qələbəsini Premyer Liqada əldə edib. 2022-ci il mayın 21-də “Səbail”lə ev görüşündə “Gənclik şəhəri” təmsilçisi 5 cavabsız qolla qalib gəlib.
0
0