“Sumqayıt”dan yubiley qələbə
04.11.2024 - 10:10
![“Sumqayıt”dan yubiley qələbə](https://ww3.apasport.az/storage/news/2024/november/04/big/672862dc49bb5672862dc49bb61730699996672862dc49bb3672862dc49bb4.jpg)
“Sumqayıt” Azərbaycan çempionatlarının yüksək liqasında 70-ci ev qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XII turuna təsadüf edib.
“Gənclik şəhəri” təmsilçisi öz meydanında “Sabah”a qalib gəlib – 1:0. Sumqayıtın eyniadlı təmsilçisi 70-ci qələbəsini 207-ci ev matçında əldə edib. Ölkə çempionatları tarixində 12 komanda öz meydanında 70 və daha çox görüşdə qalib gəlib.
Qeyd edək ki, “Sumqayıt”ın ilk ev qələbəsi 2011-ci il oktyabrın 30-da AZAL-la görüşə təsadüf edib – 2:1.
0
0