“Sumqayıt”ın rəqibi heyətini yeni futbolçu ilə gücləndirib
23.07.2024 - 17:17
![“Sumqayıt”ın rəqibi heyətini yeni futbolçu ilə gücləndirib](https://ww3.apasport.az/storage/news/2024/july/23/big/669fa9cc32f6f669fa9cc32f701721739724669fa9cc32f6d669fa9cc32f6e.jpg)
“Sumqayıt”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olan Macarıstan təmsilçisi “Fehervar” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Sekeşfehervar klubu “Puşkaş Akademiya”nın üzvü Gerqo Omingeri icarə əsasında heyətinə qatıb.
Macarıstanın U-21 millisinin üzvü yarımmüdafiə xəttində çıxış edir.
“Sumqayıt” “Fehervar”la ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.
0
0