"Sumqayıt"ın rəqibi Türkiyə klubu ilə üz-üzə gələcək
15.07.2024 - 23:53
!["Sumqayıt"ın rəqibi Türkiyə klubu ilə üz-üzə gələcək](https://ww3.apasport.az/storage/news/2024/july/15/big/66957257c320866957257c3209172107016766957257c320666957257c3207.jpg)
"Sumqayıt"ın Konfrans Liqasındakı rəqibi "Fehervar"ın hazırlıq mərhələsindəki son rəqibinin adı dəqiqləşib.
Apasport.az xəbər verir ki, Macarıstan təmsilçisi "Göztəpə" ilə qarşılaşacaq.
Oyun iyulun 17-də Sloveniyada baş tutacaq. Bu, "Fehervar"ın mövsümlərarası fasilədə 5-ci yoxlama oyunu olacaq. Komanda bundan əvvəl keçirdiyi 4 görüşdə qələbə qazanıb.
Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında ilk oyun iyulun 25-də Sumqayıtda, cavab matçı isə ayın 31-də Macarıstanda baş tutacaq.
0
0