Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək
16.09.2026 - 10:03
Surfkastinq (sahildən balıqtutma) üzrə Azərbaycan çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, sentyabrın 19-da Bakıda, Veloparkın qarşısında, Şıx çimərliyi ərazisində keçiriləcək çempionatda müxtəlif balıqçılıq klublarını təmsil edən 30-dan çox iştirakçı mübarizə aparacaq.
Yarış surfkastinq üzrə beynəlxalq qaydalara uyğun təşkil olunacaq. Tutulan balıqlar müəyyən edilmiş meyarlar əsasında qiymətləndiriləcək və ən yüksək nəticə göstərən iştirakçılar müəyyənləşəcək.
Qaliblər diplom, medal və digər hədiyyələrlə mükafatlandırılacaqlar.
- Saşa Yunisoğlu: “Səbirsizliklə Çempionlar Liqasında çıxış etməyi gözləyirik" - Müsahibə
- Millimizin baş məşqçisi: “Heyətimizdə zədəli futzalçı çoxdur”
- “Benfika”nın baş məşqçisi: Məqsədimiz qalib gəlmək və azarkeşlərə unudulmaz Avropa gecəsi yaşatmaqdır
- Portuqaliya millisinin üzvü Türkiyə nəhənglərinin radarında
- Millətlər Liqası: İtaliya Türkiyəni darmadağın etdi - YENİLƏNİB
0
0