![Taekvondo federasiyasında seminar](https://ww3.apasport.az/storage/news/2023/december/07/big/6571c1668e72e6571c1668e72f17019538946571c1668e72c6571c1668e72d.png)
Azərbaycan Taekvondo Federasiyasının (ATF) inzibati binasında bütün hakimlərin ümumrespublika seminarı təşkil olunacaq.
Apasport.az xəbər verir ki, bunu ATF-in mətbuat xidməti açıqlayıb.
Tədbir dekabrın 15-17-də baş tutacaq. ATF-in baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev tərəfindən keçiriləcək seminar taekvondo üzrə ölkə çempionatı və birinciliklərinə seçim xarakteri daşıyacaq.
Belə ki, hakimlər 15-16 dekabrda seminarlarda iştirak edəcəklər, 17 dekabrda isə yekun olaraq imtahandan keçəcəklər.
Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının inzibati binasında saat 08:30-da seminarın qeydiyyatı başlayacaq. Saat 09:00-da isə seminara start veriləcək.