Estoniyanın paytaxtı Tallində Olimpiya çəki dərəcələri üzrə Avropa çempionatında medal əyarına görə komandaların tutduqları yer açıqlanıb.
Apasport.az saytının məlumatına görə, qitənin ən güclülərinin qatıldığı yarışda Azərbaycan millisinin də qərarlaşdığı pillə bəlli olub.
Baş məşqçi Məmməd Abdullayevin rəhbərlik etdiyi yığma 1 qızıl və 2 gümüş medalla kişi komandaları arasında ikinci yeri tutub. Birinci pillədə Ukrayna qərarlaşdığı halda, “üçlüy”ü Almaniya qapayıb.
Azərbaycan millisi ümumi komanda hesabında da Avropanın ən güclüləri sırasına düşüb. Taekvondoçularımızın uğurlu çıxışı yığmamızın 3-cü olması ilə nəticələnib. İlk 2 yeri Serbiya və Ukrayna tutub.
Qeyd edək ki, Olimpiya çəki dərəcələri üzrə Avropa çempionatında taekvondoçularımızdan Qaşım Maqomedov (58 kq) qızıl, Cavad Ağayev (68 kq) və Həmidreza Badrialiabadi (+80 kq) gümüş medal qazanıb.
- Stolüstü tennisçilərimizdən beynəlxalq turnirdə uğurlu nəticə
- Ayxan Abbasov: "Allah qoysa, azarkeşlər məni başa düşəcəklər" - Müsahibə
- Ceyhun Sultanov: “Millidən danışaraq sözümü ucuzlaşdırmaq istəmirəm”
- "Fənərbaxça" zambiyalı futbolçu ilə maraqlanır
- Şəhla Allahverdiyeva vyetnamlı rəqibini məğlub edib