Taekvondo üzrə məşqçi-müəllimlərin seminarı başladı
23.01.2024 - 12:05
Azərbaycan Taekvondo Federasiyasının (ATF) inzibati binasında məşqçi-müəllimlərin seminarı öz işinə başlayıb.
Federasiyadan apasport.az-a verilən məlumata görə, ATF-in texniki direktoru Oh Kvang Çeolun rəhbərlik etdiyi təlimlərə III və daha yuxarı Dan dərəcəsinə sahib 42 mütəxəssis qatılıb.
Seminardan öncə ATF-in vitse-prezidentləri Hikmət Səmədov və Niyaməddin Paşayev məşqçi-müəllimlərlə görüşüb. Onlarla fikir mübadiləsi aparan vitse-prezidentlər çalışdırıcılara uğurlar arzulayıb.
Qeyd edək ki, seminar yanvarın 26-da başa çatacaq.
- Regekampf: "Fanatlarımızın dəstəyi ilə titula yiyələnmək istəyirik" - MÜSAHİBƏ
- İtaliya xarici işlər nazirliyindən Osimhenə dəstək
- Qızıl medal qazanan idmançı: “Xankəndinin havasını, mətbəxini çox bəyəndim”
- "Neftçi" və "Qarabağ"ın sabiq futbolçuları bir komandada
- Misli Premyer Liqasının püşkatma mərasimi keçiriləcək
0
0