![Taekvondoçularımız dünya birinciliyinə yollandı - HEYƏT](https://ww3.apasport.az/storage/news/2022/july/26/big/62dfa4449a38f62dfa4449a390165882374862dfa4449a38c62dfa4449a38e.jpg)
Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək dünya birinciliyinə yollanıb.
Apasport.az saytının məlumatına görə, yığma mundialda 10 oğlan, 7 qız idmançı ilə təmsil olunacaq.
Baş məşqçi Elnur Amanov yarışda Mehdi Budaqlı (33 kq), İlyas Hətəmli (37 kq), Riad Quliyev (41 kq), Fuad Məhərrəmli (45 kq), Bahadur Dostuyev (49 kq), Vasif Səlimov (53 kq), Əbdülsübhan Dadaşov (57 kq), Yunis Hüseynov (61 kq), Elcan Əliyev (65 kq), Nihad Həsənov (+65 kq), Zəhra İsayeva (29 kq), Gülü Zamanlı (33 kq), Xuraman Cavadzadə (37 kq), Firəngül Abbaszadə (41 kq), Banu Quliyeva (44 kq), Şəms Əlizadə (47 kq) və Fatimə Həsənovaya (51 kq) şans verəcək.
İyulun 28-də start götürəcək dünya birinciliyi 4 gün davam edəcək. Yarışlar “Armeec” İdman Arenasında keçiriləcək.
Mundialda beynəlxalq dərəcəli referi Aygül Abdullayeva ədaləti qoruyacaq.
- Paris-2024: Günün proqramı
- Azər Bağırov: "DAK Dunayska Streda" "Şerif"dən zəif komanda deyil" - Müsahibə
- Alfonso Dominqes mübarizəni dayandırdı - FOTO
- Bəxtiyar Musayev: "Foqts, De Byazi millidə elə-belə vaxt keçirib" - Müsahibə
- III Liqa klubu yenidən rekord qırıb: Qarşılaşmanı 43 000 azarkeş izləyib