Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatına son hazırlıqlar üçün Şamaxıya yollanıb.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Reza Mehmandostun rəhbərlik etdiyi yığma rayonun Olimpiya İdman Kompleksində təlim-məşq toplantısı keçir.
Hazırlığa ölkəmizi mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək dünya çempionatında təmsil edəcək taekvondoçular qatılıb.
Toplanışın gedişatı ilə yerində tanış olmaq üçün Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərovla Niyaməddin Paşayev və İdarə Heyətinin üzvü Vüqar Məmmədov da Şamaxıya yollanıblar. Komanda ilə görüşən rəhbərlik onlara doğma divarlar arasında keçiriləcək mundialda böyük ümidlər bəsləndiyini bildiriblər.
- Azərbaycan tarixinə düşən dünya çempionatının mükafatçısı çəkisini dəyişəcək
- "Beşiktaş" yeni baş məşqçisi üçün imza mərasimi keçirib
- Baxşıyev təsdiqlədi: Sabiq “Neftçi”li legioner “Araz-Naxçıxan” yolunda - ÖZƏL
- İdmançılarımız Macarıstandakı turniri 2 medalla başa vurublar
- Türkiyəni məyus etdi, matçın ən yaxşısı seçildi