
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənc və yeniyetmə taekvondoçular arasında Avropa Multi Oyunlarına start verilib.
Apasport.az saytı Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ilk günü dayanq üzərinə gənc idmançılar çıxıblar.
Məmməd Abdullayevin rəhbərliyi etdiyi Azərbaycan millisi yarışı 3 medalla başa vurub. Komandamızın heyətində Məhəmməd Həsənli (48 kq) gümüş medala yiyələnib. Hüseyn Xudiyev (78 kq) və Ruslan Həsənzadə (+78 kq) isə Oyunları bürünc mükafatla bitirib.
Qeyd edək ki, yarışın ikinci günündə yeniyetmə taekvondoçular qüvvəsini sınayacaq. Yığmamız bu mübarizədə 8 oğlan və 8 qız idmançı ilə təmsil olunacaq.
- Prezident cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub
- Lənkəran Türk dünyasının “Gənclər Paytaxtı”na ev sahibliyi edir
- Sarper Can: “Qarabağ” möhkəm oyunu ilə seçilir”
- AFFA-da hakimlər üçün seminar keçirilib
- Ayxan Abbasov: “Yuxarı pillələrdə ola bilərdik” - MÜSAHİBƏ