Tamlinq yığmamız dünya kubokuna hazırlaşır
18.02.2024 - 13:19
![Tamlinq yığmamız dünya kubokuna hazırlaşır](https://ww3.apasport.az/storage/news/2024/february/18/big/65d1be2d3006465d1be2d30065170824452565d1be2d3006265d1be2d30063.jpg)
Tamblinq üzrə yığma komandamız Dünya kuboku yarışlarına hazırlıqları davam edir.
Apasport.az xəbər verir ki, bu məqsədlə millimizin növbəti yoxlama məşqi keçirib.
Komandanın baş məşçisi Adil Hüseyn-zadənin rəhbərliyi altında yarışa hazırlaşan atletlərimiz hazırlıq zamanı müxtəlif hərəkətləri yerinə yetiriblər. Məşqlər Milli Gimnastika Arenasının köməkşi zalında təşkil olunub.
Qeyd edək ki, paytaxtımız fevralın 23-25-də Dünya kubokuna evsahibliyi edəcək.
0
0