Tellur Mütəllimovdan 2 illik müqavilə
25.05.2022 - 18:21
![Tellur Mütəllimovdan 2 illik müqavilə](https://ww3.apasport.az/storage/news/2022/may/25/big/628e3b723d05c628e3b723d05d1653488498628e3b723d05a628e3b723d05b.jpg)
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Tellur Mütəllimov bundan sonra Bakı təmsilçisinin uğurları üçün çalışacaq. 27 yaşlı futbolçu ilə müqavilənin müddəti 2 ildir.
Tellur karyerası ərzində “Qəbələ” (2016-2018), “Zirə” (2015/16, 2017-2020) və “Sumqayıt” (2020-2022) klublarında çıxış edib.
0
0