Təmsilçimiz Dünya Çempionatının bürünc medalını qazanıb
20.08.2024 - 19:22
Ammanda keçirilən güləş üzrə U-17 Dünya Çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yunan-Roma güləşi üzrə 48 kq çəki dərəcəsində turnirin bürünc medalçısı müəyyənləşib.
3-cülük görüşündə təmsilçimiz Əmrah Əmrahov döşək üzərinə çıxıb. O, qazaxıstanlı Yedige Toleutayevlə üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən güləşçimiz bürünc medalın sahibi olub.
- "Sumqayıt" Macarıstan klubuna böyük hesabla məğlub olub
- Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
- Cəlalın komandasından qələbə
- Azərbaycan millisinin sabiq futbolçuları məşqçi kursuna qatılıblar
- Futbolun İnkişaf Fondunun əməkdaşları Ağstafa və Qazax rayonlarına səfər edib
0
0