Türkiyə Super Liqasının XVII turunda keçirilən "İstanbulspor" - "Trabzonspor" matçında baş verən qalmaqalla bağlı qərar verilib.
Apasport.az xəbər verir ki, oyunun 73-cü dəqiqəsində, hesab 1:1 olarkən İstanbul klubunun prezidenti Ecmel Faik Sarıalioğlu hakim idarəçiliyinə etiraz edərək komandanı meydandan çıxarıb.
Türkiyə Futbol Federasiyasının çıxardığı qərara əsasən, "İstanbulspor"un 3 xalı silinib və komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub prezidenti Ecmel Faik Sarıalioğlu 3 aylıq futboldan uzaqlaşdırırlıb. O, 750 min lirə cərimə də edilib.
Həmçinin, azarkeşlərin davranışına görə "İstanbulspor" növbəti ev oyununu boş tribunalar qarşısında keçirməli olacaq.
- Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir
- "Liverpul" "Qalatasaray"ı belə məğlub etdi - VİDEO
- Hacıyev: “Belə məğlubiyyətlərdən sonra məşqçilər istefa verib gedirlər, amma...” - MÜSAHİBƏ
- İrqçilik edən baş məşqçini həbs gözləyir
- Türkiyədə mərc qalmaqalı davam edir: Məşhur hakim saxlanıldı