Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
26.08.2026 - 23:32
Üzgüçü Timur Nikiforov Azərbaycan milli komandasının yeni üzvü olub.
Apasport.az xəbər verir ki, gənc idmançı “Ganja Cup 2026” yarışındakı uğurlu çıxışından sonra U-18 yığmasına dəvət alıb.
Nikiforov sərbəst üsulla 1500 metr məsafəyə üzmədə gümüş medal qazanıb.
Bu nəticədən sonra onun World Aquatics (WA) üzrə reytinq balı 554-ə yüksəlib. Göstəricisi milli komandaya dəvət üçün əsas olub və üzgüçü Azərbaycanın U-18 yığmasının heyətinə cəlb edilib.
0
0