Toral Bayramovun qolu həftənin ən yaxşısı adına namizəddir
08.11.2024 - 11:13
![Toral Bayramovun qolu həftənin ən yaxşısı adına namizəddir](https://ww3.apasport.az/storage/news/2024/november/08/big/672da2180eb51672da2180eb521731043864672da2180eb4f672da2180eb50.jpg)
"Qarabağ"ın futbolçusu Toral Bayramovun Norveçdə "Bodo-Qlimt"ə vurduğu qol Avropa Liqasında həftənin ən yaxşısı adına namizəddir.
Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında bildirilib.
Liqa mərhələsinin IV turunda digər namizədlər Almaniyanın "Ayntraxt" (Frankfur) klubundan Omar Marmuş, Bolqarıstan təmsilçisi "Ludoqorets"dən Erik Markus və Türkiyənin "Qalatasaray" kollektivindən Yunus Akgündür.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
Qeyd edək ki, "Qarabağ" Norveçdə rəqibini 2:1 hesabı ilə üstələyib.
0
0