Toralın komandasından məğlubiyyət
22.08.2026 - 10:27
Türkiyə I Liqasında III tura start verilib.
Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Toral Bayramovun çıxış etdiyi "Bursaspor" növbəti matçını keçirib.
Komanda səfərdə "Fatih Karagümrük"ün qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Həmyerlimiz oyuna start heyətində başlayıb. O, fasilədə əvəzlənib. Toral sarı vərəqə ilə yadda qalıb.
Qeyd edək ki, "Bursaspor" 6 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
0
0