Tovuzda rekord göstərici
29.03.2025 - 11:51
Misli Premyer Liqasının XXVIII turunun “Turan Tovuz” – “Qarabağ” oyununu 6500 tamaşaçı izləyib.
Apasport.az xəbər verir ki, bu, Qərb təmsilçisi üçün çempionatdakı yeni rekorddur.
2022/23 mövsümündən Premyer Liqada çıxış edən Tovuz klubunun ev matçlarında bundan çox izləyici olmayıb. Əvvəlki qarşılaşmalarda rekord 6000-ə bərabər idi.
Bu göstəriciyə 3 dəfə təsadüf olunub. 2023-cü il oktyabrın 20-də (2:2), 2024-cü il martın 17-də (1:3) və noyabrın 1-də (0:0) “Qarabağ”a qarşı keçirilən görüşləri 6000 seyrçi izləyib.
- Gimnastlarımız qitə çempionatının final mərhələsinə vəsiqə QAZANIBLAR
- "Fənərbaxça" Mişi Batşuayi ilə yolları ayırır
- Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı Vətənə dönüb
- 2022-nin idmançısı ilin ilk yarışını niyə buraxdı? – AÇIQLADI
- Nuri Şahin “Borussiya"nın yeni baş məşqçisi təyin olundu
0
0