"Trabzonspor"da Abdullah Avcı dövrü başa çatıb
31.08.2024 - 20:39
!["Trabzonspor"da Abdullah Avcı dövrü başa çatıb](https://ww3.apasport.az/storage/news/2024/august/31/big/66d3469e4eeee66d3469e4eeef172512220666d3469e4eeec66d3469e4eeed.jpg)
"Trabzonspor" baş məşqçi Abdullah Avcı ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, Super Liqa klubu bu barədə KAP-a bildirib.
Klubdan verilən açıqlamada Abdulla Avcının müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi qeyd edilib.
Razılaşmaya görə, Avcı müqavilə çərçivəsində alacaqlarının yarısından imtina edib.
61 yaşlı mütəxəssis 2020/21 və 2023/24 mövsümlərində Qara dəniz təmsilçisini çalışdırıb.
0
0