Trnavada ilk: 65-ci oldu
22.09.2022 - 23:46
![Trnavada ilk: 65-ci oldu](https://ww3.apasport.az/storage/news/2022/september/22/big/632cbba323af4632cbba323af51663876003632cbba323af2632cbba323af3.jpg)
Renat Dadaşov Azərbaycan millisində qol hesabını açıb.
Apasport.az saytının məlumatına görə, hücumçumuz Millətlər Liqasının V turunun Slovakiya ilə səfər oyununda fərqlənib.
Trnavadakı görüşdə hesabı açan forvard özünün yığmadakı 17-ci matçında ilk qolunu vurub. Dadaşov yığma tarixinə qol sevinci yaşayan 65-ci oyunçu kimi düşüb. Bu görüşə qədər 64 futbolçumuz rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Slovakiya – Azərbaycan oyununun birinci hissəsindən sonra millimiz 1:0 hesabı ilə öndədir.
0
0