![Trossarın “Dalğa-Arena”nın ot örtüyünə qiyməti - ən pis idi](https://ww3.apasport.az/storage/news/2023/september/09/big/64fcab9ac783b64fcab9ac783c169428060264fcab9ac783964fcab9ac783a.jpg)
“Qarşılaşdığım ən pis meydançalardan biri idi”.
Apasport.az saytı xəbər verir ki, bunu Belçika yığmasının üzvü Leandro Trossar deyib.
AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində millimizin qonağı olan Belçika komandasının yarımmüdafiəçisi “Dalğa-Arena”nın ot örtüyündən şikayətlənib. O, qazanılan üç xalı dəyərləndirib: “Meydanın örtüyü bizim xeyrimizə deyildi. Amma bu, bizə bəraət qazandırmır. Biz qol imkanları yaratdıq, mənim zərbəm dirəkdən döndü. Hesabın 1:0 olması bizim daha çətin vəziyyətə düşə biləcəyimizi göstərir. Əsas odur ki, çətin səfərdə üç xal qazandıq”.
Qeyd edək ki, Belçika yığması Bakida 1:0 hesabı ilə çətin qələbə qazanıb.