Tura 4 matçla yekun vurulacaq
30.04.2025 - 11:15
Tura 4 matçla yekun vurulacaq

Bu gün Azərbaycan II Liqasında XXIII tura yekun vurulacaq.

Apasport.az xəbər verir ki, son oyun günündə 4 matç keçiriləcək.

"Göygöl" "Qusar"ı qəbul edəcək.

"Hypers Guba" "Dinamo" ilə qarşılaşacaq. "Şimal" "Lerik"in qonağı olacaq. "Şəmkir" isə "Araz-Saatlı" ilə üz-üzə gələcək. 

30 aprel (çərşənbə)
17:00. “Göygöl” – “Qusar”
Hakimlər: 
İslam Məmmədov, Elman Kərimov, Ruslan Babayev, Rəsul Babayev
Göygöl OİK stadionu

17:00. “Hypers Guba” – “Dinamo”
Hakimlər: 
Kamranbəy Rəhimov, Tərlan Talıbzadə, Zakir Şükürzadə, Mahmud Bağırzadə
Quba OİK stadionu

17:00. “Lerik” – “Şimal”
Hakimlər: 
Rövşən Rəcəbov, Rasim Axundov, Hüseyn Əsgərov, Nəriman Ağayev
Lənkəran OİK stadionu

17:00. “Şəmkir” – “Araz Saatlı”
Hakimlər:
 Nazim Abdullayev, Sənan Atayev, Orxan İbişov, Səbuhi Bayramov
Şəmkir OİK stadionu