“Turan Tovuz” 25-ci qələbəsini qazanıb
19.08.2024 - 11:46

“Turan Tovuz” Misli Premyer Liqasında yubiley qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Kurban Berdıyevin yetirmələri III turda “Kəpəz”i səfərdə məğlub edib – 3:0.
Bu, Premyer Liqada 3-cü mövsümünü keçirən klubun 75-ci matçı və 25-ci qələbəsi olub. “Turan Tovuz” evdə 13, səfərdə 12 dəfə qalib gəlib.
Qərblilər cari mövsüm ilk üç turda qol buraxmayıb. Bu, son 4 mövsümdə ilk belə seriyadır. Çempionatın ilk üç oyununda qol buraxmayan sonuncu komanda “Şamaxı” olub. “Keşlə” adlanan klub üçün 2020/21 mövsümünün startı uğurlu alınıb.
- Bakıda Novruz bayramına həsr olunan tədbir keçirilib
- Vadjinin sabiq komanda yoldaşı: “Bu səbəbdən “Sent-Etyenn”ə gedir”
- Saşa Yunisoğlu: “Təəssüflər olsun ki, bu nəsil də biabırçı hesabla uduzur” - MÜSAHİBƏ
- "Beşiktaş"ın gözü "Barselona"nın futbolçusunda
- “Nant”ın qapıçısı: “Qarabağ”la oyundakı səhvlərimizi bilirik”
0
0