"Turan Tovuz" alban hücumçu transfer etdi
22.01.2023 - 14:26
!["Turan Tovuz" alban hücumçu transfer etdi](https://ww3.apasport.az/storage/news/2023/january/22/big/63cd133d1d6dd63cd133d1d6de167438418963cd133d1d6d863cd133d1d6db.png)
"Turan Tovuz" yeni hücumçu transfer edib.
Apasport.az xəbər verir ki, albaniyalı hücumçu Belaydi Pusi ilə 6 ay +1 il müddətində rəsmi müqavilə bağlanıb.
Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.
Qeyd edək ki, “Vlazniya”nın yetirməsi olan 25 yaşlı futbolçu son olaraq Albaniyada “Skenderbeu”nun formasını geyinib. O, cari mövsümdə çıxdığı 12 oyunda 6 qol vurub.
0
0